12px14px16px18px

Ermənistanda valideynlər övladlarının Dağlıq Qarabağda xidmətə göndərilməsinə etiraz edirlər

ÖVLADI QARABAĞDA İNTİHAR EDƏN ANAYA SEYRAN OHANYANIN ABSURD CAVABI: "ERMƏNİSTAN VƏTƏNDAŞI TORQOM SARUXANYANIN DAĞLIQ QARABAĞDA MƏCBURİ HƏRBİ XİDMƏT KEÇMƏSİ ERMƏNİSTAN MN-IN SƏLAHİYYƏTİNDƏN KƏNARDIR"

12:01 / 02.05.2012
Ermənistanda əsgər valideyni övladının Qarabağda xidmətə göndərilməsinə etiraz edir. APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, 2011-ci ilin fevral ayında övladı Qarabağdakı hərbi hissələrdən birində həlak olmuş əsgər Torqom Saruxanyanın valideyni, Gümrü sakini Lena Saruxanyan Ermənistan vətəndaşının "Dağlıq Qarabağ Ordusu"na məcburi xidmətə göndərilməsini qanunsuz adlandırıb, izahat tələb edib.
L. Saruxanyan Müdafiə Nazirliyinə, baş nazirə, hərbi prokurora və Ombudsmana məktub ünvanlayaraq, hərbi xidmətə çağırılmış Ermənistan vətəndaşlarının nə üçün Qarabağa xidmət etməyə göndərildiyinə cavab istəyib. Ermənistan Ombudsmanının məsələ ilə bağlı müdafiə nazirinə göndərdiyi müraciəti nazir Seyran Ohanyan anlaşılmaz cavablandırıb. Nazir bildirib: "Gümrü şəhər sakini, Ermənistan vətəndaşı Torqom Saruxanyanın Dağlıq Qarabağda məcburi hərbi xidmət keçməsi Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətindən kənardır".
Hərbi prokurorun göndərdiyi cavabda isə qeyd olunub ki, Ermənistan Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər bir vətəndaş qanunla müəyyən edilmiş qaydada Ermənistan Respublikasının müdafiəsində iştirak etməyə məcburdur. "Hərbi xidmət haqqında" qanuna görə 18-27 yaş arası vətəndaşlar Ermənistanın silahlı qüvvələri sıralarında məcburi xidmət etməlidirlər.
Verilən cavabları əsas götürən valideyn ermənistanlı gənclərin Qarabağa göndərilməsinə qarşı kampaniya başlatmağı düşünür.
Məlumatda bildirilib ki, Ermənistan rəsmi səviyyədə özünü Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı elan edib. Eyni zamanda İrəvan rəsmi səviyyədə Dağlıq Qarabağın müstəqilliyini tanımır. Erməni hüquq-müdafiəçiləri tərəfindən ötən ilin fevral ayında yerli KİV-ə verilmiş məlumata görə, əsgər T. Saruxanyan yoldaşları və zabit tərəfindən cinsi təcavüzə məruz qaldığı üçün intihar edib.




Bu yazı ( 56 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar