12px14px16px18px

“ISIC kartla Uğurlu Gələcək!”

12:00 / 02.05.2012
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi “Bank Standard”la birgə “ISIC kartla Uğurlu Gələcək” adlı müştərək layihəyə start verib.
Bakı şəhərində yerləşən 20 ali məktəbi əhatə edəcək layihə çərçivəsində peşəkar təlimçilərin iştirakı ilə gənclər üçün master-klassların, Facebook sosial şəbəkəsində ən yaxşı işgüzar şəkil müsabiqəsi vasitəsilə uğur qazanmış şəxsin müəyyən olunması üçün internet aksiyasının keçirilməsi nəzərdə tutulur. Bu müsabiqənin qalibi “Bank Standard”dan ISIC kart (beynəlxalq tələbə bileti) əldə etməklə yay məktəbində iştirak etmək hüququnu qazanacaq.
Bundan əlavə, “Bank Standard”dan əldə olunan ISIC kartların həm mövcüd, həm də potensial sahibləri arasında müsabiqə keçiriləcək. Sahib olduğu kartın sürətini, şəxsiyyət vəsiqəsini təqdim edib, ərizə formasını doldurmaqla tələbələr avtomatik olaraq yay məktəbinə qəbulun müsahibədən ibarət olan ikinci mərhələsinə keçəcəklər. Finalçılardan 5 nəfər tələbə “Bank Standard”ın dəstəyi ilə yay məktəbində iştirak edəcək.
“Bank Standard”ın təklif etdiyi tələbələr üçün təklif etdiyi ISIC kart haqda daha ətraflı məlumatı http://bankstandard.com/az/personal/030209/ saytından, bankın Məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz), eləcə də www.facebook.com/BankStandard.KB səhifəsindən əldə etmək olar.





Bu yazı ( 54 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar