12px14px16px18px

Nəqliyyat Nazirliyi Rusiya istehsalı olan taksilərlə mübarizəni gücləndirir

11:57 / 02.05.2012
Azərbaycan Nəqliyyat Nazirliyi mayın 1-dən etibarən taksi xidməti göstərən Rusiya istehsallı avtomobillərin sürücülərinə qarşı mübarizə tədbirlərini gücləndirib. Bu barədə “Trend”ə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, nazirlik taksi qismində istifadə edilən Rusiya istehsallı avtomobil sürücülərinin aşkarlanması məqsədilə reydlər keçirməyi planlaşdırır. Müəyyənləşdirilən tələblərin pozulması faktları aşkar edildiyi zaman Rusiya istehsallı avtomobillərin sürücüləri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar: “Taksi qismində işləyən Rusiya istehsallı avtomobillərin sürücülərinə qarşı daha sərt tədbirlər görüləcək”.
Onun sözlərinə görə, nazirlik, həmçinin xaricdə istehsal edilən ağ rəngli olmayan avtomobillərdə taksi xidməti göstərən sürücülərə qarşı tədbirləri sərtləşdirməyi planlaşdırır.
Nəticədə Bakıda təqribən 5 min ədəd lisenziya alan ağ rəngli taksi (xarici istehsal), habelə “London Taxi” markalı avtomobillər fəaliyyət göstərəcək.






Bu yazı ( 43 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar