12px14px16px18px

İctimai Palata Əli Həsənov və Hacıbala Abutalıbova müraciət edib

11:55 / 02.05.2012
İctimai Palata (İP) Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib.
Bunu APA-ya İP Koordinasiya Şurasının (KŞ) və qurumun hökumət nümayəndələri və beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqlar aparacaq qrupun üzvü Vidadi Mirkamal deyib. Onun sözlərinə görə, müraciətdə İP-in siyasi aksiyalarının həyata keçirilməsində yaranan problemlər dövlət rəsmlərinin diqqətinə çatdırılıb, mayın 6-da keçirilməsi nəzərdə tutulan mitinqin İP istəyinə uyğun yerdə reallaşdırılması ilə bağlı mövqeyi haqda da məlumat verilib.
V. Mirkamal qeyd edib ki, müraciətdə qrup üzvləri hər iki dövlət rəsmisi ilə görüşmək niyyətini də açıqlayıblar: “Həm Əli Həsənovla, həm də Hacıbala Abutalıbovla görüşüb, İctimai Palatanın təkliflərini və istəklərini onların diqqətinə çatdırmaq istəyirik”.






Bu yazı ( 46 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar