12px14px16px18px

Səfir Hulusi Kılıç:“Türkdilli ölkələr birgə filmlər, seriallar çəkməlidir”

11:54 / 02.05.2012
“Xarici serialların yayımının dayandırılması Azərbaycan müvafiq rəsmi qurumlarının qərarıdır və buna hörmətlə yanaşırıq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc bildirib. Səfirin sözlərinə görə, türk dünyası inkişaf edir və bunun üçün də ölkələr arasında ortaq məqamlar tapılmalıdır: “Bunun üçün türkdilli ölkələrin birgə filmlər, seriallar çəkməsi lazımdır. Biz Azərbaycan rəsmilərinin qərarlarına hörmətlə yanaşırıq. Düşünürəm ki, xarici serialların yayımının dayandırılması barədə qərar da Azərbaycan üçün xeyirli olar”.



Bu yazı ( 42 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar