12px14px16px18px

Bu ay 2012-ci ilin ilk Günəş tutulması olacaq

11:53 / 02.05.2012
Mayın 21-də 2012-ci ilin ilk Günəş tutulması baş verəcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, Bakı vaxtı ilə saat 01.56-da başlayacaq Günəş tutulması saat 07.49-da başa çatacaq. İl ərzində ikinci Günəş tutulması isə noyabrın 14-də Bakı vaxtı ilə saat 23.39-da baş verəcək və saat 04.44-ə qədər davam edəcək. Günəş tutulmalarının heç biri Azərbaycan ərazisindən müşahidə edilməyəcək.



Bu yazı ( 43 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar