12px14px16px18px

Prezident Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım haqda sərəncam imzaladı

00:51 / 01.05.2012
Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb. “APA-ECONOMICS”in məlumatına görə, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 67-ci ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına isə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncamın icrası məqsədilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 7,5 milyon (yeddi milyon beş yüz min) manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini, Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımın sərəncamda nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.






Bu yazı ( 99 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar