12px14px16px18px

Azərbaycan üç erməni hərbi əsiri üçüncü ölkəyə təhvil verdi

00:48 / 01.05.2012
2009-cu ilin may və iyulunda Azərbaycan Silahlı Qüvvələrinə əsir düşmüş üç Ermənistan hərbçisi üçüncü ölkəyə təhvil verilib. APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, Ohan Arutyunyan və Gevorq Tomasyan 2009-cu ilin mayında, Karen Arutyunyan isə 2009-cu ilin iyulunda əsir düşüblər. Hazırda Azərbaycan tərəfdə bir ailənin üzvü olan 5 mülki şəxs var. Eqişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar 2010-cu ilin yanvarında könüllü olaraq Azərbaycan tərəfə keçiblər.



Bu yazı ( 92 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar