12px14px16px18px

Mehriban Əliyeva ilin “First Lady”si seçildi

05:47 / 28.04.2012
Türkiyənin aylıq iqtisadi və iş dünyası jurnalı olan “Ekovitrin”in ənənəvi olaraq təşkil etdiyi “İlin starları” anketi ötən ilin starlarını müəyyənləşdirib. 34 kateqoriyada, 102 namizədin yarışdığı anket fevralın 7-də “Ekovitrin” jurnalında və www.ekovitrin.com xəbər saytında başlayıb və 2 ay davam edib. İlin starlarının münsiflər heyəti hər kateqoriya üçün 3 namizəd müəyyənləşdirib və həmin namizədlər jurnalda və saytda yayımlanan anketdə xalqın səsverməsinə verilib. Anketdə cəmi 251 min 562 səs qeydə alınıb.
Jurnalın “Şərəf” ordeni kateqoriyası isə bu il üç şəxsə verilib. İlin “First Lady”si adına Azərbaycanın birinci xanımı Mehriban Əliyeva layiq görülüb. Bu mükafata layiq görülən digər şəxslər isə beynəlxalq diplomatiya kateqoriyasında professoru Ekmeleddin İhsanoğlu və Londonun bələdiyyə sədri türk əsilli Boris Conson olub.






Bu yazı ( 178 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar