12px14px16px18px

Mayın 1-dən Rusiya istehsalı olan taksilər dövriyyədən çıxarılır

05:39 / 28.04.2012
Mayın 1-dən Bakıda taksi kimi fəaliyyət göstərən Rusiya istehsalı olan avtomobillər tamamilə dövriyyədən çıxarılacaq. Bu barədə “Trend”ə Azərbaycanın Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib.
“Nazirliyin təyin etdiyi tələblərə cavab verən başqa ölkələrin istehsalı olan avtomobillər hələlik paytaxtın küçələrində taksi kimi fəaliyyət göstərəcəklər”, – deyə o bildirib.
Bununla yanaşı, Nazirliyin nümayəndəsi qeyd edib ki, bunun yekunu olaraq Bakıda taksi kimi işləmək üçün yalnız beş min avtomobilin lisenziyası təsdiqlənəcək: “Bu say Bakıda taksilərə tələbatı təmin etmək üçün kifayət edəcək”.
Bakıda işləmək üçün lisenziya bütün texniki tələblərə uyğun gələn, xüsusi fərqlənmə nişanlarına malik və taksometrlərlə təchiz olunmuş xarici markadan olan ağ rəngli avtomobillərə veriləcək.




Bu yazı ( 159 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar