12px14px16px18px

“Ümid edirik ki, Azərbaycan hökuməti tənqidlərimizdən lazımi nəticələr çıxaracaq”

12:00 / 27.04.2012
Dünən AŞPA-nın qış sessiyası çərçivəsində Avropa Şurası Venesiya Komissiyasının katibi Tomas Markert brifinq keçirib. Azərbaycanda xarici QHT-lər üzrə qanun layihəsi ilə bağlı APA-nın əməkdaşının sualını cavablandıran VK katibi, bu məsələnin hələ də açıq qaldığını bildirib: “Venesiya Komissiyası Azərbaycanda QHT-lərin fəaliyyəti haqqında qanuna edilən dəyişikliklərlə bağlı artıq öz rəyini Azərbaycan tərəfinə bildirib və bu rəy kifayət qədər tənqidi olub. Bu yaxınlarda Bakıda bu məsələ ilə bağlı Venesiya Komissiyası tədbir də təşkil edib və bu tədbirdə biz öz fikirlərimizi bir daha səsləndirərək, məsləhətlərimizi qəbul etməyi, yaranmış boşluqları doldurmağı tövsiyə etmişik. Ümid edirik ki, Azərbaycan hökuməti bu tənqidlərimizi qəbul edəcək və lazımi nəticələr çıxaracaq”.  


Bu yazı ( 65 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar