12px14px16px18px

Tacikistan prezidenti Azərbaycan səfirinin etimadnamələrini qəbul etdi

12:08 / 27.04.2012
Aprelin 26-da Tacikistan prezidenti Emomali Rahmon Azərbaycanın bu ölkəyə təyin olunmuş yeni səfiri Abbasəli Həsənovun etimadnamələrini qəbul edib. APA-nın xəbərinə görə, etimadnamələr təqdim edildikdən sonra keçirilən görüşdə iki ölkə münasibətlərinə dair məsələlər müzakirə olunub. E. Rahmon Azərbaycanı MDB məkanında əsas tərəfdaşlardan biri saydıqlarını söyləyib. Tərəflər ümid etdiklərini bildiriblər ki, hökumətlərarası komissiyanın bu yaxınlarda Düşənbədə keçirilmiş iclası əlaqələrin inkişafına yeni impuls verəcək.



Bu yazı ( 61 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar