12px14px16px18px

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

12:08 / 27.04.2012 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərdədir. O, səfəri çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, görüşdə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin hazırkı durumu ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb.



Bu yazı ( 125 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar