12px14px16px18px

YAP İdarə Heyətinin iclası keçirildi

11:44 / 27.04.2012
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. YAP-ın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda bildirilib ki, hər il olduğu kimi, bu il də Heydər Əliyevin anadan olduğu gün Azərbaycan ictimaiyyəti və Yeni Azərbaycan Partiyası tərəfindən geniş şəkildə qeyd ediləcək. İdarə Heyəti Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının tədbirlər planını təsdiqləyib. İclasda qeyd olunub ki, bu il Yeni Azərbaycan Partiyası üçün yubiley ili kimi əlamətdardır. Bununla əlaqədar, Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə dair tədbirlər planı müzakirə olunaraq təsdiq edilib. Eyni zamanda, partiya fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı zəruri qərarlar qəbul olunub.



Bu yazı ( 57 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar