12px14px16px18px

Azərbaycanın bölgə jurnalistlərinin Türkiyəyə səfəri başlayıb

11:43 / 27.04.2012
Azərbaycanın bölgələrində fəaliyyət göstərən jurnalistlərin bir qrupu Türkiyəyə səfər edib. APA-nın məlumatına görə 10 şəhər və rayonda fəaliyyət göstərən yerli qəzetlərin baş redaktorlarının, dövlət qəzetlərinin və informasiya agentliklərinin bölgə müxbirlərinin təmsil olunduğu nümayəndə heyəti aprelin 25-də Ankara şəhərində bir sıra görüşlər keçiriblər. Qonaqlar M.K.Atatürkün məzarını və abidə kompleksini ziyarət ediblər. Böyük Millət Məclisinə səfər edən jurnalistlər məclisin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri professor Nejdet Ünüvarla görüşüblər. Türkiyə Baş Nazirliyi yanında Mətbuat və İnformasiya İdarəsində jurnalistlərlə keçirilən görüşdə qurumun sədr müavini Arif Gülən Türkiyə mətbuatı barədə geniş məlumat verib. Sonra nümayəndə heyəti Türkiyə Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədr müavini Mehmet Sulyarla görüşüb, qurumun fəaliyyəti ilə tanış olublar. Mətbuat Şurasının icra katibi Rəhim Hüseynzadənin və “Dialoq Avrasiya” Birliyinin, eləcə də Qəzetçilər və Yazarlar Vəqfinin Azərbaycandakı nümayəndəsi Mustafa Saatçının rəhbərlik etdiyi nümayəndə heyəti səfər proqramı çərçivəsində aprelin 26-da Konya, aprelin 27-28-də isə İstanbul şəhərlərindəki media qurumlarını ziyarət edəcək, Türkiyə mətbuatı ilə yaxından tanış olacaqlar. Bundan əlavə tarixi abidələrlə tanışlıq da nəzərdə tutulur.



Bu yazı ( 59 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar