12px14px16px18px

Ermənilərin Türkiyə səfirliyində aksiya keçirməsinin qarşısı alınıb

00:57 / 26.04.2012
Aprelin 24-də İranın paytaxtı Tehran şəhərində bir qrup erməni Türkiyənin bu ölkədəki səfirliyinə doğru yürüş-mitinq keçirməyə cəhd göstərib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, İran hüquq-mühafizə qüvvələri icazəsiz aksiyanın qarşısını alıb. Bundan sonra ermənilər Tehranın Kərimxan prospektindəki kilsədə toplaşaraq, uydurma “soyqırımı” haqqında və Türkiyə əleyhinə müxtəlif şüarlar səsləndiriblər.
Qeyd edək ki, Tehranda yaşayan ermənilər hər il aprelin 24-də Türkiyənin İrandakı səfirliyinə doğru yürüş-mitinq keçirmək üçün İranın Daxili İşlər Nazirliyinə müraciət edirlər. Lakin onların belə böyük aksiya keçirməsinə icazə verilmir.




Bu yazı ( 88 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar