12px14px16px18px

Hava yağmursuz keçəcək

BƏZİ YERLƏRDƏ TEMPERATUR 29 DƏRƏCƏYƏ YÜKSƏLƏCƏK

00:55 / 26.04.2012
Bakı və Abşeron yarımadasında aprelin 26-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 11-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Aprelin 27-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 11-15, gündüz 23-28 dərəcə isti gözlənilir. Azərbaycanın rayonlarında aprelin 26-da hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 11-16, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir. Aprelin 27-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 11-16, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.




Bu yazı ( 86 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar