12px14px16px18px

Məhkəmədə dava düşdü, bir nəfər bıçaqlandı

00:50 / 26.04.2012
Abşeron Rayon Məhkəməsində bıçaqlaşma olub. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, hadisə dünən saat 16.30 radələrində qeydə alınıb. Məhkəmədə keçirilən prosesdə tərəflər arasında dava düşüb. Nəticədə bir nəfər, 42 yaşlı Tahir Mirzəliyev bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun 4 bıçaq zərbəsi aldığı, hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Polisdən həmçinin bildirilib ki, hadisə zamanı bıçaqlanan T. Mirzəliyevin qardaşını bir il əvvəl Elgün Babayev adlı sürücü avtomobillə vuraraq öldürüb. Lakin istintaq onu həbs etməyib. Buna görə də qarşı tərəf məhkəməyə üz tutub. Dünən keçirilən prosesdə tərəflər arasında dava düşüb. Dava zamanı T. Mirzəliyev E. Babayevin yaxınları tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.





Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar