12px14px16px18px

“Ölüm daşıyıcıları” Avropaya hücuma keçdi

00:45 / 26.04.2012
Qlobal iqlim dəyişikliyi ilə əlaqədar Şərqi Asiyada ölümcül tropik xəstəliklərin daşıyıcısı olan pələng ağcaqanadı Avropada sürətlə yayılmağa başladığı aşkarlanıb. Lent.az-ın “Journal of the Royal Society Interface” elmi jurnalına istinadən verdiyi məlumata görə, İngiltərənin Liverpul Universitetinin professoru Kiril Kamineyd pələng ağcaqanadına xüsusən Almaniya, Belçika və Hollandiyada tez-tez rast gəlindiyini bildirib. Araşdırma göstərib ki, 1980-ci ildən Şərqi Asiyadan Avropaya köç etməyə başlayan bu ağcaqanadlar Avropada Aralıq dənizi iqliminin olduğu bölgələrdə yayılıb. Lakin qlobal iqlim dəyişikliyi nəticəsində Avropada temperaturun yüksəlməsi ilə bağlı həşəratlar Şimali Avropaya da köç etməyə başlayıb. Kiril Kamineyd qeyd edib ki, son 20 ildə qış aylarının daha isti keçməsi ilə əlaqədar “ölüm daşıyıcıları” kimi tanınan bu ağcaqanadlara Aralıq dənizi, Balkanlar və Avropada daha tez-tez rast gəlinməyə başlanılıb. Onun sözlərinə görə, temperatur artması həşəratların Avropanın əksər hissəsində yayılması üçün əlverişli zəmini yaradıb. Aparılan elmi araşdırmalar göstərir ki, 2030-2050-ci illərdə ağcaqanadlar Avropanın ən ucqar bölgələrində belə yaşamağa başlayacaq, paralel olaraq Avropada tropik xəstəliklər artacaq.




Bu yazı ( 81 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar