12px14px16px18px

Azərbaycan İslam Partiyasının Fransa bəyanatı

00:44 / 26.04.2012
Azərbaycan İslam Partiyası (AİP) Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması barədə qanun qəbul etməsini pisləyən bəyanat verib. AİP mətbuat xidmətindən APA-ya göndərilən bəyanatda deyilir ki, dünyada özünü insan hüquqlarının müdafiəçisi kimi göstərməyə çalışan Qərb, o cümlədən Fransa ilə açıq mübarizə aparmağın vaxtıdır: “Fransanın bu addımı ayrı-ayrı müsəlman ölkələrindən düşmən obrazı yaratmaq arzusundan irəli gəlir. Bu gün hər bir müsəlman ölkəsi, o cümlədən islam dünyasının bir parçası olan Azərbaycan Fransa, Amerika kimi istismarçı, bünövrəsi işğalçılıq və talançılıqla qoyulan rejimlərə sözünü açıq deməlidir. Dağlıq Qarabağ probleminin həllinin həvalə olunduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Fransanın vasitəçiliyindən birdəfəlik imtina olunması da vacib məsələdir”.
İslam Partiyası müsəlman ölkələrini Qərb dövlətlərinin siyasətinə qarşı birliyə də çağırıb: “Biz düşmənin məkrli siyasətinə qarşı müsəlman dövlətlərinin birgə mübarizə aparmasını istəyirik və bu vəhdət əldə olunmayınca, düşmənin məkrli hiyləsindən qurtulmağın mümkünsüzlüyünü bəyan edirik”.




Bu yazı ( 80 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar