12px14px16px18px

Qulamhüseyn Əlibəyli: “Sənədlərim qaydasında olmadığına görə şikayət etmədim”

00:44 / 26.04.2012
Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıdan fərqli olaraq Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Avropa Məhkəməsinin onlarla bağlı çıxardığı qərardan Böyük Palataya şikayət verməyib. Aprelin 25-də “Media forum” saytı Qulamhüseyn Əlibəylidən bunun səbəbini soruşub. Aydınlar Partiyasının sədri deyib ki, Avropa Məhkəməsinə şikayət göndərəndə müəyyən sənədləri vaxtında təqdim edə bilməyib: “Avropa Məhkəməsinə şikayət göndərəndə maliyyə sənədlərim qaydasında deyildi. Deputatın aylıq, illik maaşı, digər imtiyazları haqda sənədləri məhkəməyə göndərə bilmədim. Avropa Məhkəməsinin Azərbaycan dövlətinin mənə az kompensasiya ödənilməsinə qərar verməsi də bununla bağlıdır. Sənədlərim qaydasında olmadığına görə Böyük Palataya şikayət etməmək qərarına gəldim”.
Qulamhüseyn Əlibəyli bildirib ki, onun üçün əsas məsələ hüquqlarının pozulmasının məhkəmə qərarı ilə təsdiqlənməsidir: “Bu baxımdan kompensasiyanın məbləği o qədər də əhəmiyyətli deyil”.



Bu yazı ( 82 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar