12px14px16px18px

Aviqdor Liberman: “İsrail-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb”

11:43 / 25.04.2012

Dünən Bakıda İsrail dövlətinin müstəqilliyinin 64 illiyi və Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, İsrailin Azərbaycandakı səfirliyinin təşkil etdiyi tədbirdə ölkəmizdə səfərdə olan İsrail XİN başçısı Aviqdor Liberman da iştirak edib. İsrailli nazirin sözlərinə görə, ötən 20 il ərzində ikitərəfli əməkdaşlıq sahəsində böyük uğurlar əldə olunub: “İsrail-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb”. O bəyan edib ki, Azərbaycan tolerant ölkədir və yəhudilərin burada özlərini evlərində kimi hiss edir və təqiblərə məruz qalmırlar. A.Liberman vurğulayıb ki, Azərbaycanla İsrail energetika, kənd təsərrüfatı, tibb, su ehtiyatları və s. sahələrdə fəal əməkdaşlıq edirlər.
Tədbirdə iştirak edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev qeyd edib ki bugünkü tədbir, iki xalq və iki dövlətin yaxınlığının əlavə sübutudur. Nazir bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var. Onun sözlərinə görə iki ölkə arasında münasibətlər rəsmidən qarşılıqlı anlaşma və qarşılıqlı etimad səviyyəsinə keçib.
N.Əliyev müstəqillik əldə edildikdən sonra keçən iyirmi ildə Azərbaycanın böyük inkişaf yolu qət etdiyini qeyd edib.
Azərbaycanlı nazirin sözlərinə görə, İsrailin informasiya texnologiyası, kənd təsərrüfatı və digər sahələrdəki təcrübəsi Azərbaycan üçün olduqca faydalı ola bilər.




Bu yazı ( 55 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar