12px14px16px18px

Bakı Metropoliteninin rəhbərliyi sərnişinlərə müraciət edib

13:52 / 31.03.2012
Bakı Metropoliteninin (BM) rəhbərliyi sərnişinlərə müraciət edib. APA-nın məlumatına görə, BM-in vaqonların salonlarında yayılan müraciəti vaqonlara yapışdırılan iş yerləri və internet sayt elanları ilə bağlıdır. Müraciətdə bu cür iş yerləri və saytlarla bağlı elanlara inanmamaq tövsiyə olunub. Həmçinin, BM əməkdaşları tərəfindən sözügedən iş yerləri və saytlarla bağlı araşdırma aparıldığı vurğulanıb: “Məlum olub ki, bu şəxslər vətəndaşları aldadaraq, onlara maddi ziyan vurub”.
Müraciətdə BM-in vaqonlarında elan yapışdıran şəxsləri görərkən onlarla bağlı metropoliten işçilərinə, yaxud polis əməkdaşlarına məlumat vermək xahiş olunub.







Bu yazı ( 154 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar