12px14px16px18px

ABŞ-a viza almaq üçün rüsum artırılır

13:51 / 31.03.2012
ABŞ Dövlət Departamenti aprelin 13-dən qeyri-miqrasiya vizaları üçün rüsumun miqdarını artıracaq. APA-nın ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumata görə, rüsumun artırılmasına səbəb ödənişlərin qeyri-miqrasiya vizalarının hazırlanması xərclərini ödəməməsidir. Artırılan məbləğ konsulluq xidmətlərinin saxlanması və genişləndirilməsinə, vizalara tələbatın artması səbəbilə işçilərin maaşlarının artırılmasına sərf olunacaq.
Aprelin 13-dən ABŞ-a turist, kommersiya, tranzit, tələbə və jurnalist vizaları üçün rüsum 140 dollardan 160 dollara, H, L, O, P, Q və R tipli vizalar üçün rüsum isə 150 dollardan 190 dollara kimi artırılacaq.
Eyni zamanda qeyd olunan tarixdən miqrasiya vizalarının alınması üçün rüsumlar isə azaldılır. Yaxın qohumlar üçün vizaların verilməsi üçün rüsum 330 dollardan 230 dollara, iş təklifi ilə bağlı vizalar üçün rüsum isə 720 dollardan 405 dollara kimi azaldılıb.



Bu yazı ( 156 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar