12px14px16px18px

Bir gündə iki ölkənin xarici işlər naziri Azərbaycana gəlir

13:47 / 31.03.2012
Litvanın xarici işlər naziri Audronius Ajubalis aprelin 1-də Azərbaycana rəsmi səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı A. Ajubalisin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, həmçinin, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur. Nazirlərin görüşündən sonra mətbuat konfransı olacaq.
Aprelin 1-də Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya da zərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Səfər zamanı Erkki Tuomioya rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əməkdaşlığın bütün spektrini əhatə edən məsələlər müzakirə olunacaq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq.



Bu yazı ( 155 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar