12px14px16px18px

TürkPA-nın baş katibi Qırğızıstan parlamentinin komitə sədri ilə görüşüb

13:46 / 31.03.2012
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov Bişkekə işgüzar səfəri çərçivəsində Qırğızıstan parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Almazbek Batırbekov ilə görüşüb. TürkPA-nın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Almazbek Batırbekov TÜRKPA-nın türkdilli ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı istiqamətində əhəmiyyətli fəaliyyətlər həyata keçirən bir təşkilat olduğunu ifadə edib. R. Həsənov TürkPA-nın 2012-ci ildə Bişkekdə keçiriləcək III plenar iclasına hazırlıq işlərinin başlandığını və bu işgüzar səfərin də məhz bununla bağlı olduğunu deyib.
Görüşdə digər məsələlər də müzakirə edilib.
Bu arada Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyəti martın 31-dən aprelin 5-dək Uqandanın paytaxtı Kampala şəhərində keçiriləcək 155 ölkənin parlamentini və bir çox beynəlxalq təşkilatları özündə birləşdirən Beynəlxalq Parlamentlər İttifaqının (IPU) 126-cı sessiyasında iştirak edəcək. TürkPA-nın mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycan parlamentinin TürkPA-dakı nümayəndə heyətinin üzvü və Beynəlxalq Parlamentlərarası İttifaqdakı rəhbəri İlham Əliyev rəhbərlik edəcək.
TürkPA Beynəlxalq Parlamentlər İttifaqında müşahidəçi statusu ilə təmsil olunur.
TürkPA baş katibinin müavini Kürşad Melih Sarıarslan Beynəlxalq Parlamentlər İttifaqının 126-cı sessiyası ilə paralel olaraq keçiriləcək Parlamentlərin Baş Katibləri Assosiasiyasının növbəti iclasında iştirak və çıxış edəcək.



Bu yazı ( 151 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar