12px14px16px18px

Akif Nağı Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldı

13:45 / 31.03.2012
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Bu barədə APA-ya A. Nağı özü məlumat verib. O, dəvətin Avronest Parlament Assambleyasının Bakıda keçiriləcək plenar sessiyasında Ermənistan nümayəndə heyətinin iştirakına etiraz əlaməti olaraq QAT-ın təşkil edəcəyi etiraz aksiyası ilə bağlı olduğunu deyib. BŞBPİ idarəsinin rəis müavini Səhlab Bağırov və Bakı şəhər prokurorunun köməkçisi Həsən Əliyev A. Nağı ilə görüşüb ona yazılı şəkildə xəbərdarlıq ediblər. A. Nağı deyib ki, xəbərdarlıqda tədbir keçirilən zaman asayiş pozulması halına yol verilməsinin cinayət məsuliyyəti doğura biləcəyi qeyd olunub.



Bu yazı ( 150 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar