12px14px16px18px

AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin sayı açıqlanıb

13:44 / 31.03.2012
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərlə əlaqədar ümumilikdə 255 nəfər sənəd verib. Bu barədə APA-ya Rəyasət Heyətinin akademik-katibi Vaqif Fərzəliyev məlumat verib. Onun sözlərinə görə, elana əsasən seçki 10-u həqiqi, 30-u müxbir üzv olmaqla 40 vakantyer üzrə elan olunub. AMEA-nın akademikliyinə 34 nəfər, müxbir üzvlüyə isə 221 nəfər sənəd verib. V. Fərzəliyev deyib ki, yaxın zamanlarda AMEA bölmələrinin ekspert komissiyaları təqdim edilən sənədlərin araşdırılmasına başlayacaq. Ekspert komissiyaları AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin ixtisaslarının uyğunluğunu yoxlayacaq və hansı namizədin daha layiqli olduğunu müəyyən edəcək. Əsasnaməyə əsasən AMEA üzvlüyünə seçkilər elan verilən gündən 3 ay sonra keçirilməlidir.
Qeyd edək ki, hazırda AMEA-nın 56 həqiqi, 106 müxbir üzvü var.



Bu yazı ( 154 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar