12px14px16px18px

Azərbaycan ordusunda silahlı insident iki ƏsgƏr ölüb, ikisi yaralanıb

13:44 / 31.03.2012
Martın 29-da Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində ölümlə nəticələnən cinayət hadisəsi baş verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib, sonra isə özünü öldürüb. Silah avtomatik rejimdə olduğundan yaxınlıqdakı iki əsgər yaralanıb. Onların vəziyyəti kafidir.
Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
APA-nın əldə etdiyi məlumata görə, hadisə zamanı yaralanan əsgərlər – 19 yaşlı Teymur Təmirov və 20 yaşlı Babək İbişovdur. T. Təmirov Bakının Nizami, B. İbişov isə İmişli Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıb. Baş vermiş silahlı insident zamanı dünyasını dəyişən əsgər Emil Həsənov Lənkəran, Məmməd Abbasov isə Bakının Nəsimi Rayon Hərbi komissarlıqlarından xidmətə çağırılıblar.



Bu yazı ( 149 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar