12px14px16px18px

Azərbaycana gələcək erməni deputat danışdı

“BAKIDA DEYƏCƏYIMIZ SÖZLƏR VAR”

13:43 / 31.03.2012
“Bakıda bizim deyəcəyimiz sözlər var”. Bunu Azərbaycanda keçiriləcək “Avronest” PA-nın plenar sessiyasında iştirak edəcək Ermənistan nümayəndə heyətinin üzvü, deputat Ovanes Saakyan keçirdiyi mətbuat konfransında bildirib. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, Saakyan rəsmi Bakı tərəfindən təhlükəsizliıkə bağlı təminat verdiyini açıqlayıb. Onun sözlərinə görə, Azərbaycana erməni parlamentində təmsil olunmuş bütün siyasi qüvvələrin nümayəndələri qatılacaq. Erməni nümayəndə heyəti 10 nəfərdən ibarət olacaq. Erməni nümayəndə heyəti sessiyada bir sıra məsələləri qaldırmaq niyyətindədir.
Qeyd edək ki, “Şərq əməkdaşlığı”nın üzvü olan ölkələrin parlament assambleyası “Avronest”-in plenar sessiyası aprelin 1-4 –də Bakıda keçiriləcək. “Avronest” PA Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələr– Azərbaycan, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Ermənistan təmsilçilərini birləşdirir.



Bu yazı ( 146 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar