12px14px16px18px

Amerikalı diplomatdan Bakıya mühüm səfər

KLİNTONUN KÖMƏKÇİSİ TERRORLA BAĞLI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDƏCƏK

13:31 / 30.03.2012
ABŞ dövlət katibinin diplomatik təhlükəsizlik üzrə köməkçisi Erik Bosvell aprelin 3-də Azərbaycana gələcək. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin məlumat verib. Erik Bosvell Bakıda ABŞ səfirliyinin əməkdaşları ilə bir sıra daxili görüşlər keçirəcək.
Qeyd edək ki, diplomatik təhlükəsizlik bürosu ABŞ Dövlət Departamentinin təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti birləşməsidir və təhlükələrin analizi, kibertəhlükəsizlik, terrorçuluğa qarşı mübarizə, insanların, əmlakın və informasiyanın mühafizəsi məsələlərinə cavabdehlik daşıyır.
“İnterfaks” agentliyinin məlumatına görə, Erik Bosvell Bakıya səfəri zamanı İran xüsusi xidmət orqanlarının sifarişi ilə ölkədəki ABŞ və İsrail vətəndaşlarına qarşı terror aktları törətməyə hazırlaşan şəxslərin bir müddət əvvəl Azərbaycan təhlükəsizlik orqanları tərəfindən zərərsizləşdirilməsi məsələsinə də toxunacaq.




Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar