12px14px16px18px

“Hərbi qulluqçuların statusu haqqında” qanun yenidən işlənir

13:31 / 30.03.2012
“Hərbi qulluqçuların statusu haqqında” qanun yenidən işlənir.
Bu barədə APA-ya Milli Məclisin Təhlükəsizlik və müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc məlumat verib. Z. Orucun sözlərinə görə, adıçəkilən qanun layihəsi hazırda parlament və Silahlı Qüvvələrin mütəxəssislərinin iştirakı ilə hazırlanmaqdadır. Layihə hələ hazır olmadığından millət vəkili onun detalları barədə məlumatsız olduğunu deyib.
Qeyd edək ki, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin hazırlanmasında Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hüquq şöbələrinin nümayəndələri iştirak edir. Qanun layihəsinin Milli Məclisin payız sessiyasınadək hazırlanması planlaşdırılır.



Bu yazı ( 98 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar