12px14px16px18px

Azərbaycan prezidenti Çexiyaya dövlət səfəri edəcək

13:29 / 30.03.2012
Azərbaycan prezidenti İlham Əliyev aprelin 5-6-da xanımı ilə birlikdə Çexiyaya dövlət səfəri edəcək. APA-nın Çexiya prezidentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, səfər bu ölkənin prezidenti Vatslav Klausun dəvəti ilə gerçəkləşəcək. Azərbaycan prezidenti səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanla Çexiya arasında ikitərəfli münasibətlər müzakirə olunacaq. Səfər zamanı dövlətlərarası münasibətlərin müxtəlif sahələrinə dair bir sıra sənədlərin imzalanması gözlənilir.



Bu yazı ( 94 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar