12px14px16px18px

Ermənistan və Gürcüstandan mühacirət etmək istəyənlərin sayı durmadan artır

13:19 / 30.03.2012
2011-ci ildə 44 Qərb ölkəsindən sığınacaq almaq üçün 441 000 müraciət olunub. Bir il əvvəl isə xarici ölkələrdə sığınacaq almaq istəyənlərin sayı 368 min nəfər təşkil edib. APA-nın BMT-nın Qaçqınlarla İş üzrə Ali Komissarlığına istinadən yaydığı məlumata görə, sığınacaq almaq üçün müraciətlərin artması tendensiyası ölkələr üzrə ümumi statistikada nəzərə çarpır. Sığınacaq almaq istəyənlərin arasında azərbaycanlıların sayı 2263 nəfər olub. Xarici dövlətlərdə sığınacaq almaq istəyənlər arasında Əfqanıstan, Çin və İraq vətəndaşları üstünlük təşkil edir. Mühacirət etmək istəyənlər üçün ABŞ, Fransa, Almaniya, İtaliya və İsveç daha populyar ölkələr sayılır. Ötən il Ermənistan və Gürcüstandan xarici ölkələrdə sığınacaq almaq üçün müraciət edənlərin sayı da artmaqdadır. 2010-cu ildə 7381 Gürcüstan vətəndaşı və 5288 nəfər Ermənistan vətəndaşı sığınacaq almaq üçün xarici ölkələrə müraciət edib, ötən il isə bu rəqəm müvafiq olaraq 6700 və 6220 təşkil edib. Xarici ölkələrdə sığınacaq almaq istəyən vətəndaşların sayına görə Gürcüstan 17-ci, Ermənistan isə 20-ci, Azərbaycan isə 39-cu yerdə qərarlaşır.




Bu yazı ( 92 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar