12px14px16px18px

Səfər Əbiyev İran mediasının gündəmində

08:33 / 29.03.2012
Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin İran İslam Respublikasına səfərindən günlər keşməsinə baxmayaraq qonşu ölkədə bu səfər ətrafında müzakirələr davam edir. Bu barədə ABŞ-dan yayınlanan GünAZ.TV məlumat yayıb. Xəbərdə bildirilir ki, bir neçə gündür İranın təbliğat maşını həmin səfəri Azərbaycan əleyhinə istifadə etməkdədir. Hətta nazirimizin İran mətbuatı qarşısındakı çıxışından da gen-bol yararlanırlar. Bu işdə xüsusi olaraq fərqlənəni isə artıq Azərbaycan əleyhinə fəaliyyətdə ad çıxarmış “Səhər” kanalıdır.
İranda olarkən müdafiə naziri Səfər Əbiyevdən molla rejiminin jurnalistləri bu günlərdə İsraillə bağlanan hərbi müqavilə ilə əlaqədar suallar da veriblər. Nazir həmin suallara cavabı olan kadrı “Səhər” kanalı təkrar-təkrar yayınlayır.
Qeyd edək ki, dəfələrlə “Səhər” kanalının antiazərbaycan fəaliyyəti hətta hökumətlərarası müzakirələrin də predmeti olub. Dəfələrlə rəsmi Tehranın bu əkstəbliğata son qoyacağı ilə bağlı vədlər verməsinə baxmayaraq, “Səhər” kanalı öz xislətindən əl çəkmir. Xatırladaq ki, S.Əbiyevin İran səfəri zamanı rəsmi qarşılanma mərasimində Azərbaycanın dövlət bayrağı tərsinə asılıb.




Bu yazı ( 113 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar