12px14px16px18px

Bu gün Bakıda 15 dərəcə isti olacaq

08:32 / 29.03.2012
Bu gün Azərbaycanda havanın temperaturu yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Trend”ə verilən məlumata görə, martın 29-da hava şəraiti nisbətən sabit, əsasən yağmursuz keçəcək. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Axşam yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacaq.




Bu yazı ( 105 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar