12px14px16px18px

Ermənistan silahlı qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub

08:30 / 29.03.2012
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 27-də saat 10.40-dan 10.45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.05-dən 23.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.10-dan 23.15-dək və 23.40-dan 23.45-dək Füzuli rayonunun Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.



Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar