12px14px16px18px

Türkiyəyə qazı ən baha qiymətə İran, ən ucuz isə Azərbaycan satır

08:25 / 29.03.2012
Türkiyə 2011-ci ildə təbii qaz idxalına ümumilikdə 20,2 milyard dollar ödəyib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hesabat ilində Türkiyə qazı ən baha qiymətə İrandan, ən ucuz isə Azərbaycandan alıb. Belə ki, Türkiyə 2011-ci ildə təbii qazı İrandan 423 dollar/1000 kubmetr, Rusiyadan 418 dollar/1000 kubmetr, Azərbaycandan isə 282 dollar/1000 kubmetr qiyməti ilə alır.
Qeyd edək ki, Türkiyə mətbuatı məlumatları Enerji Nazirliyi və enerji sektorundakı digər mənbələrə əsaslanaraq hazırlayıb.




Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar