12px14px16px18px

Vahid Əhmədov: “Qubada ciddi problemlər olan deyil”

08:21 / 29.03.2012
“Quba olaylarına görə həbs olunan jurnalistlərlə bağlı müraciət almamışam. Müraciət olsa, mütləq onlarla maraqlanaram. Mənə edilən müraciətlərə dərhal reaksiya verirəm və çalışıram ki, məsələlərə aydınlıq gətirim”. 52 saylı Quba seçki dairəsindən deputat Vahid Əhmədov “Media forum” saytına belə deyib. Vahid Əhmədovun sözlərinə görə, digər həbs olunanlarla bağlı müraciətlər alıb və Qubanın hüquq mühafizə orqanları ilə təmasları olub: “Ciddi məsələlər yoxdur”.
Hazırda Qubada elə bir problem olmadığını deyən deputat bildirib ki, yeni icra başçısı camaatla görüşlər keçirir: “İstintaq da davam edir, məsələlərə baxılır, nə baş verdiyi araşdırılır. Hesab edirəm ki, bütün məsələlər yoluna qoyulacaq. Problem olmamalıdır”.
“Quba hadisələrinə görə həbslər davam edir və saxlanılanların sayı artır. Belə davam etsə, rayonda yeni problemlərin yarana, insanlar yenidən küçələrə çıxa bilərmi” sualına Vahid Əhmədov belə cavab verib: “Qubada elə bir problem yox idi. Problem yalnız icra başçısı Rauf Həbibovla bağlı idi. Camaat onu istəmirdi, istefasını tələb edirdi. Rauf Həbibov da istefa verib getdi. Ona görə də Qubada ciddi problemlər olan deyil. Hesab edirəm ki, bütün məsələlər həllini tapacaq”.




Bu yazı ( 56 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar