12px14px16px18px

Masallı icra başçısının müavini: “Bu adamlar qətiyyən aclıq etmirlər”

08:20 / 29.03.2012
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı “Media forum” saytına açıqlama verib. O bildirib ki, icra hakimiyyətinin nümayəndələri martın 28-i səhər aclıq aksiyasının keçirildiyi bildirilən kəndlərdə olublar və heç kimin aclıq etmədiyini üzə çıxarıblar. Nəsir Muxtarlı deyib ki, aclıq keçirdiyini iddia edən şəxslər sadəcə olaraq yeni bir şou yaratmağa cəhd göstərirlər: “Onların hansı məqsədlə şou yaratmaq istədiyi hamıya məlumdur. Bizim işçilər məsələni araşdırmaq üçün martın 28-də onların yaşadıqları yerlərə yollanıblar. Amma məlum olub ki, bu insanlar heç evlərində də deyillər, gediblər evlərinə bazarlıq etməyə. Məmmədağa Eynullayev iddia edir ki, guya dörd nəfər aclıq edir. O, uzun müddət icra hakimiyyətində hüquq şöbəsinin müdiri işləyib. İcra hakimiyyətində vəzifəyə təyin olunanda onun hüquq təhsili olmayıb. O, texnikum bitirib. 2000-ci ilin əvvəllərində isə ləğv olunmuş Naxçıvan Universitetinin saxta diplomunu alıb. İşində yol verdiyi nöqsanlara görə 2009-cu ildə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Məmmədağa Eynullayevi hüquq şöbəsinin müdiri vəzifəsindən azad edib. Yəni burda ciddiyə alınası elə bir şey yoxdur.
Onlar elə adamlardır ki, inanmıram kimsə onları müdafiə etsin. Sadəcə, bu adamlar özlərini gündəmə gətirməkdən ötəri dörd-beş aydan bir bu cür şoular təşkil edirlər. Artıq biz bu oyunlara öyrəşmişik. Biz onların səviyyəsinə düşmək fikrində deyilik. Amma yenə deyirəm, gəlib yoxlaya bilərsiniz, bu adamlar qətiyyən aclıq etmirlər”.



Bu yazı ( 58 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar