12px14px16px18px

Sərdar Cəlaloğlu: “Müxalifət mitinqlər keçirməklə nəticə əldə edə bilməz”

08:15 / 29.03.2012
Azərbaycan Demokrat Partiyasının sədri siyasi məqsədlərə nail olmaq üçün kütləvi aksiyaların, mitinqlərin keçirilməsini məqsədəuyğun hesab etmir.
“Vətəndaş hüquqlarının istifadə edilməsini alqışlamalıyıq. Hüquq yalnız o halda siyasi güc əldə edir ki, ondan istifadə olunur. Bunu müsbət qiymətləndiririk, ancaq siyasi partiyalar hüquqlardan siyasi effektivlik baxımından istifadə etməlidir. Yəni hansı məqsədlərlə bu mitinqlər keçirilir”. Bunu “Trend”ə ADP sədri Sərdar Cəlaloğlu İctimai Palatanın planlaşdırdığı mitinqə münasibət bildirərkən deyib. S.Cəlaloğlu indiki halda Azərbaycanda siyasi məqsədlərlə bu cür mitinqlərin keçirilməsini məqsədəuyğun hesab etmir: “Mən hesab edirəm ki, Azərbaycan qloballaşır, qlobal dünyada isə yalnız bu cür aksiyalarla ciddi nəticələr əldə etmək olmaz. Fərqli işlər görülməlidir”.
Bu baxımdan S.Cəlaloğlu sədrlik etdiyi partiyanın üzvlərinə bu aksiyada müstəqil şəkildə iştirak etmələrini tövsiyə edib.
“Biz hələlik partiya olaraq siyasi məqsədlərlə ölkədə kütləvi aksiyaların keçirilməsini məqsədəuyğun hesab etmirik”, – partiya sədri qeyd edib.
Qeyd edək ki, İctimai Palataya daxil olan partiyalar aprelin 8-də mitinq keçirmək məsələsini müzakirə edirlər.



Bu yazı ( 52 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar