12px14px16px18px

Dünyadakı bütün Azərbaycan əlyazmalarının surətləri ölkəyə gətiriləcək

ƏLYAZMALAR İNSTİTUTU AZƏRBAYCAN ƏLYAZMALARINI VAHİD MƏRKƏZDƏ TOPLAYACAQ

08:15 / 29.03.2012
Xarici ölkələrdəki əlyazma kataloqlarında Azərbaycana aid 12 min əlyazma var. Amma bu, xarici ölkələrdə Azərbaycanla bağlı olan əlyazmaların çox az hissəsidir. Xarici ölkələrdəki əlyazmalar bundan qat-qat çoxdur. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov bildirib. Onun sözlərinə görə, Azərbaycanla bağlı daha çox əlyazma İran və Türkiyədədir. Amma dünyanın elə bir şərq əlyazması kitabxanası yoxdur ki, orada Azərbaycan əlyazmaları olmasın: “Əfqanıstan, Pakistan, Hindistan əlyazmalarını ümumiyyətlə, İran isə böyük hissəsini kataloqlaşdırmayıb. Belə səbəbdən biz bu əlyazmaların dəqiq sayını deyə bilmirik”.
P. Kərimov bildirib ki, Əlyazmalar İnstitutu bütün dünyada olan Azərbaycan əlyazmalarını vahid mərkəzdə toplayacaq: “Belə bir təklif Ərəb Liqası tərəfindən də edilib. Onlar ərəb əlyazmalarının surətlərini bir mərkəzdə toplayırlar. Biz də dünyada olan Azərbaycan əlyazmalarının surətlərinin ölkəyə gətirilməsi işini həyata keçirəcəyik. Artıq bununla bağlı İnstitutda ayrıca bölmə yaradılıb”.



Bu yazı ( 57 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar