12px14px16px18px

İran prezidenti böyük bank oğurluğuna dəstək verməkdə ittiham olunub

08:14 / 29.03.2012
“İranda baş vermiş böyük bank oğurluğuna prezidentin də dəstək verməsində şübhə yoxdur”. APA-nın məlumatına görə, bunu İranın Baş Müfəttişlik İdarəsinin sədri Mustafa Purməhəmmədi “khabaronline” saytına müsahibəsində deyib. O bildirib ki, dövlət başçısından nazirlərə, bank müdirlərinədək oğurluq edən qrupu himayə ediblər: “Onlar bu oğurluğun həyata keçirilməsinə dəstək olublar. Odur ki, işinin araşdırılmasının qarşısını almaq üçün çox müqavimət göstərdilər. İstəyirdilər ki, məsələnin üstü açılmasın. Ölkənin iqtisadi və maliyyə sisteminin qarışacağını və zərər görəcəyini deyirdilər”. M. Purməhəmmədi əlavə edib ki, İranın Milli Bankının sabiq rəisi Məhəmmədrza Xavəri bank oğurluğundan başqa bir neçə qanunsuz işdə də iştirak edib.



Bu yazı ( 51 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar