12px14px16px18px

Oqtay Əsədova qızıl medalı verildi

08:14 / 29.03.2012
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycanın parlament nümayəndə heyətinin Qazaxıstana səfəri başa çatıb. MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, MDB Parlament Assambleyasının 20 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan nümayəndə heyətinin 4 üzvünə “MDB PA – 20 il” yubiley qızıl medalı verilib. Qızıl medallar MDB PA-nın hazırkı sədri Valentina Matviyenko tərəfindən MM sədri Oqtay Əsədov, MM-in Regional siyasət Komitəsinin sədri Arif Rəhimzadə, MM Aparatının rəhbəri Səfa Mirzəyev və MM-in MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərova təqdim edilib.



Bu yazı ( 51 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar