12px14px16px18px

Xaçmazda qətlə yetirilmiş iş adamı Nəcimə Babayevanın qızı intihar edib

08:13 / 29.03.2012
Xaçmazda fəaliyyət göstərən “Arzu” Ticarət Mərkəzinin qətlə yetirilən sahibi, 73 yaşlı Nəcimə Babayevanın qızı intihar edib. Bu barədə APA-ya mərhumun qohumları məlumat veriblər. Hadisə dünən səhər saatlarında qeydə alınıb. 49 yaşlı Təranə Həbibova Xaçmazda bacısının yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik məlumat yoxdur. Hadisə yerində Xaçmaz Rayon Polis İdarəsi və Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparıb.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, 73 yaşlı Nəcimə Babayeva 2010-cu ildə Xaçmaz rayonunun Muskal küçəsi, 15 ünvanında yerləşən şəxsi üçmərtəbəli mənzilinin birinci mərtəbəsində naməlum şəxs və ya şəxslər tərəfindən küt alətlə vurularaq qətlə yetirib. Bu günədək hadisəni kimin tərəfindən törədildiyi məlum deyil.



Bu yazı ( 53 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar