12px14px16px18px

Prezident MTN-in işçilərinə ali rütbə, orden və medal verdi

10:21 / 28.03.2012
Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Çovdarov Akif Teymurxan oğlu, Maddi-texniki Təminat Baş İdarəsinin rəisi Həmidov Nizaməddin Baba oğlu və Monitorinq Mərkəzinin rəisi Quliyev Teymur Rəcəb oğluna general-mayor ali hərbi rütbəsi verilib.
Prezidentin digər sərəncamı ilə nazirliyin bir qrup əməkdaşı Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə orden və medallarla təltif olunub.




Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar