12px14px16px18px

AŞPA həmməruzəçiləri Azərbaycanla bağlı hesabat hazırlayacaqlar

10:19 / 28.03.2012
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt 10-15 iyun tarixlərində Azərbaycanda səfərdə olacaqlar. Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. S. Seyidov deyib ki, həmməruzəçilər səfərin nəticəsi olaraq ilin sonunda Azərbaycanla bağlı hesabat hazırlayaraq AŞPA komitəsinə təqdim edəcəklər.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt bu ilin 31 yanvar – 2 fevral tarixlərində Azərbaycanda səfərdə olublar.




Bu yazı ( 78 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar