12px14px16px18px

Azərbaycan – Yunanıstan diplomatik münasibətlərinin 20 ili tamam olur

YUNANISTAN SƏFİRİ: “ÖLKƏMİZDƏKİ HAZIRKİ İQTİSADİ BÖHRAN AZƏRBAYCANLA İKITƏRƏFLİ MÜNASİBƏTLƏRƏ TƏSİR GÖSTƏRMƏYİB”

10:11 / 28.03.2012
Bakıda Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuş konfrans keçirilir. APA-nın xəbərinə görə, konfransı Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas açıb. O bildirib ki, son 20 ildə Azərbaycanla Yunanıstan arasındakı ikitərəfli münasibətlərin inkişafında önəmli tərəqqiyə nail olunub. Səfir ötən illər ərzində iki ölkə arasında 17 hökumətlərarası saziş və memorandumun imzalandığını və hazırda 10 saziş layihəsinin müzakirə mərhələsində olduğunu söyləyib.
İ.Metaksas Yunanıstanda davam edən iqtisadi böhranın ikitərəfli münasibətlərə təsir göstərmədiyini deyib. Diplomat iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensialın mövcud olduğunu vurğulayıb: “Səfirliyə iş adamları tərəfindən xeyli sorğu daxil olur. Bu, iş adamlarının əməkdaşlıqda maraqlı olduqlarını göstərir”.
Humanitar əlaqələrə toxunan səfir Afina Milli Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlığın başladığını və bu çərçivədə Bakıda antik yunan tarixi, sivilizasiyası və dilinin yeni tədris kursunun başlayacağını açıqlayıb.
Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov da çıxışında 20 il ərzində iki ölkə münasibətlərinin intensiv inkişaf etdiyinə diqqət çəkərək bu tendensiyanın davam edəcəyini bildirib.
Səfir Yunanıstanın Dağlıq Qarabağ münaqişəsinə münasibətindən danışıb. O qeyf edib ki, Yunanıstan Dağlıq Qarabağ münaqişəsinə çox həssaslıqla yanaşır. Bildirib ki, Yunanıstan ATƏT-in Minsk Qrupunun bu münaqişənin nizamlanmasına yönəlmiş səylərini dəstəkləyir: “Ümidvarıq ki, bu münaqişə tezliklə ATƏT-in Minsk Qrupu çərçivəsində öz həllini tapacaq. Burada işlədiyim 4 il ərzində problemə yaxından bələd olmuşam. Münaqişə ilə bağlı çətinliklərdən və çoxlu saydan qaçqın və məcburi köçkünün olmasından xəbərdaram. Onlar mümkün qədər tez bir zamanda öz doğma evlərinə qayıtmalıdır”.






Bu yazı ( 81 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar