12px14px16px18px

Bakıdakı internet klub və internet kafelərdə keçirilən reydlərin nəticələri açıqlandı

10:11 / 28.03.2012
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhər Baş Polis İdarəsi ilə birgə internet klub və internet kafelərdə keçirilən reydlərin nəticələrini açıqlayıb. İdarənin sektor müdiri Zəminə Əliqızının APA-ya verdiyi məlumata görə, reydlər zamanı dərsdən yayınaraq internet klublarda vaxt keçirən şagirdlərin 100 faizini oğlanların təşkil etdiyi məlum olub. Monitorinq zamanı belə şagirdlər aşkarlanaraq tədris prosesinə bərpa olunublar və bu barədə məktəb direktorları və valideynlər məlumatlandırılıb: “Müşahidələr zamanı aşkarlandı ki, dərslərdən yayınaraq internet klublarda vaxt keçirən şagirdlər əsasən, məktəblərin yaxınlığındakı internet klublara müraciət edirlər. İnternet klublarının rəhbərlərinə tapşırıldı ki, onlar dərs vaxtı tanıdıqları və daimi müştəriləri olan həmin məktəblərin şagirdlərinin kluba daxil olmalarına mane olsunlar. Qanunvericilikdə onlara qarşı belə qadağa qoyulması mümkün deyil, amma və ən azından dərs vaxtı şagirdlərin məktəbdən yayınmalarına imkan verməyə bilərlər”. Z.Əliqızı onu da deyib ki, monitorinq şagirdlərin məsuliyyətlərinin də artmasına kömək edib: “Şagirdlər üzərlərində nəzarət olduğunu anladılar və bildilər ki, dərs vaxtı internet klublarda olduqları halda onlar polis vasitəsilə yenidən dərs prosesinə qaytarıla bilərlər”.




Bu yazı ( 78 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar