12px14px16px18px

Aleksandr Lukaşeviç: “ATƏT-in Minsk Qrupunun potensialı heç də tükənməyib”

10:11 / 28.03.2012
“ATƏT-in Minsk Qrupu həmsədrlərinin dəyişməsi məsələsi nə qrupun Fransadan olan həmsədri, nə də Avropa İttifaqının Ali Nümayəndəsi tərəfindən gündəliyə salınmayıb.
Çünki hər üç həmsədr intensiv və birgə fəaliyyət göstərirlər”. APA-nın məlumatına görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç keçirdiyi brifinqdə deyib. “Həmsədrlər kifayət qədər konstruktiv işləyir. Son zamanlar əlaqələrin intensivləşməsindən başqa, müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə razılaşdırılan sənədlərin həcmi artıb”.
Aleksandr Lukaşeviç həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlik səylərə dəstəyini ifadə edən nazirlər səviyyəsində verilmiş bəyanatını buna misal çəkib: “Bu onu göstərir ki, manevr üçün, münaqişə tərəflərinə təsir etmək üçün geniş imkanlar var. Minsk Qrupu münaqişə tərəflərinin yanvarda Soçidə Rusiya prezidenti ilə görüşdə səsləndirdiyi çağırışı aktiv şəkildə reallaşdıraraq bəyan etdi ki, nizamlanmanın əsas prinsipləri üzərində işi sürətləndirməyə hazırdırlar. Bütün bunlar göstərir ki, format yerinə oturub və bu ay fəaliyyətinin 20 ili tamam olan bu qrupun potensialı heç də tükənməyib”.



Bu yazı ( 75 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar